Yazını böyüt
Yazını kiçilt
CHP-nin (Cümhuriyyət Xalq Partiyası) 264 keçmiş millət vəkili birgə bəyanatla partiyadan istefa verdiklərini açıqlayıblar.
Hafta.az xəbər verir ki, istefa verən millət vəkilləri Özgür Özelin rəhbərlik etdiyi "Yeni Partiyan"ı dəstəkləyəcəklərini açıqlayıblar. "CHP-nin tarixi irsini və Cümhuriyyətin təməl dəyərlərini güzəştsiz şəkildə qoruyacağıq. "Yeni Partiya"nı dəstəkləyəcəyik və Türkiyəni daha parlaq gələcəyə aparmaq üçün çalışacağıq", - deyə Birgə keçmiş millət vəkillərinin birgə yaydığı bəyanatda qeyd olunub.